Vaxtından əvvəl doğulan körpələr üçün yeni cihaz
ABŞ-də vaxtından əvvəl doğulan körpələrin valideynləri ilə daha erkən və uzunmüddətli dəri təması qurmasına imkan verən eksperimental cihaz hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Skincubator” adlanan daşına bilən cihaz vaxtından əvvəl doğulan körpələrin valideynlərinin sinəsinə yaxın tutulmasına şərait yaradır. Bu texnologiya körpələrin dəri-dəriyə təmasını artırmaq və valideynlərlə fiziki yaxınlığı asanlaşdırmaq məqsədi daşıyır.
ABŞ-də bu cihazdan istifadə edən ilk ata Dorian Ojemen olub. O, təcrübəsi barədə “CNN”in jurnalisti Jaklin Hovarda danışıb.
04:15 19.10.2026
Oxunuş sayı: 53