İtaliya müdafiə naziri: Ukrayna müharibəni heç vaxt uda bilməyəcək
İtaliyanın müdafiə naziri Gvido Krozetto bildirib ki, Ukrayna üçün qələbə Rusiyanı məğlub etmək deyil, onun hücumlarını dayandırması və ölkənin azad şəkildə yaşamaq imkanını bərpa etməsidir.
Crossmedia.az xəbər verir ki, İtaliyanın müdafiə naziri Gvido Krozetto Ukraynanın müharibədə qələbə qazanması ilə bağlı fikirlərini açıqlayıb.
Nazirin sözlərinə görə, onun əsas məqsədi Ukraynanın mövcudluğunu qorumaq və müharibənin dayandırılmasına nail olmaqdır.
Krozetto qeyd edib ki, İtaliyada əvvəllər Ukraynanın müharibəni qazanacağını deyənlərdən bəziləri bunu Rusiyanın məğlub edilməsi, hətta Ukrayna bayrağının Moskvada dalğalanması kimi təsəvvür ediblər. Lakin nazirin fikrincə, Ukrayna üçün qələbə bu demək deyil.
O bildirib ki, Ukraynanın qələbəsi Rusiyanın ölkədən çıxması, bombalı hücumları dayandırması və Ukraynanın azad yaşaya, gələcəyini sərbəst şəkildə qura bilən ölkəyə çevrilməsi deməkdir.
Krozetto vurğulayıb ki, Ukrayna üçün arzulanan nəticə məhz belə bir qələbəyə nail olmaqdır.
16:46 18.10.2026
Oxunuş sayı: 64