Qəzzada atəşkəsə baxmayaraq hücumlar davam edir: 6 yaşlı qız öldürülüb
Qəzza zolağında İsrail ordusunun hücumları nəticəsində 6 yaşlı fələstinli qız həyatını itirib, iki balıqçı isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Məğazi qaçqın düşərgəsində məcburi köçkün fələstinlilərin çadırlarına atəş açıb. Nəticədə 6 yaşlı Misk Hazim əd-Dalu həlak olub.
Bununla yanaşı, Qəzza zolağındakı Balıqçılar Həmkarlar İttifaqları Komitələri Birliyi İsrail qüvvələrinin Qəzza şəhərinin sahillərində balıq tutan iki fələstinli balıqçıya atəş açdığını bildirib. Hadisə nəticəsində hər iki balıqçı yaralanıb.
Məlumata görə, bu hadisələr atəşkəs rejiminə baxmayaraq baş verib.
19:00 18.10.2026
Oxunuş sayı: 55