Orban: Macarıstan Rusiyaya qarşı mövqe tutub
Macarıstanın keçmiş Baş naziri Viktor Orban ölkəsinin artıq neytral siyasət yürütmədiyini və Rusiyaya qarşı mövqe tutduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Orban bildirib ki, Macarıstan Rusiyanı düşmən elan edib, Ukraynanı dəstəkləyən mövqe tutub və Almaniya, Fransa, eləcə də Böyük Britaniya ilə birlikdə Ukrayna tərəfində müharibəyə qoşulub. O, bu ölkələrin Ukraynaya vəsait göndərərək Macarıstanı da müharibəyə cəlb etdiyini iddia edib.
Siyasətçi həmçinin bildirib ki, onun siyasi komandası ölkənin idarəçiliyini yenidən üzərinə götürməyə 90 faiz hazırdır. Orbanın sözlərinə görə, ilin sonunadək bu göstərici 100 faizə çatacaq.
15:22 18.10.2026
Oxunuş sayı: 59