İran parlamenti yeni müdafiə nazirini təsdiqləyib
İran parlamenti Mehrdad Ketabçinin ölkənin müdafiə naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
İranın Aerokosmik Sənaye Təşkilatının keçmiş rəhbəri fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əziz Nasirzadəni əvəz edib.
Ketabçi vəzifəyə təsdiqləndikdən sonra ilk açıqlamasında Vaşinqtona xəbərdarlıq edərək, yeni hücumlar olacağı təqdirdə İranın “genişmiqyaslı və gözlənilməz cavab” verəcəyini bildirib.
Məlumata görə, Ketabçiyə qarşı BMT Təhlükəsizlik Şurası, ABŞ və Böyük Britaniya tərəfindən sanksiyalar tətbiq olunub.
15:31 18.10.2026
Oxunuş sayı: 68