İstanbulda sel qurbanlarının sayı 5-ə çatıb
Türkiyənin İstanbul şəhərində oktyabrın 14-də baş verən güclü yağışın yaratdığı sel və daşqınlar nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Güclü yağışdan sonra çayların daşması ev və iş yerlərini su altında qoyub. Kocaelinin Gebze rayonunda selə düşən cipdəki iki nəfərin axtarışı İstanbulun Pendik rayonunda davam etdirilir.
Axtarışlar zamanı itkin düşən Türkmənistan vətəndaşı Murat Babacanovun meyiti Haliçdə tapılıb. Digər itkin düşənlərin axtarışı davam edir.
14:49 18.10.2026
Oxunuş sayı: 60