Litvada müəssisəyə təxribat cəhdi olub
Litvada naməlum şəxslər “Starlink” avadanlıqlarının saxlanıldığı müəssisəni yandırmağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri təxribat cəhdinin qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Litvanın Baş naziri Mindauqas Sinkəviçyus “Facebook” səhifəsində məlumat yayıb.
Baş nazirin sözlərinə görə, hadisə bazar gününə keçən gecə baş verib. Anbarın dəqiq yerləşdiyi ərazi açıqlanmayıb. O bildirib ki, mümkün hücumlarla bağlı şirkətə əvvəlcədən xəbərdarlıq edilib və mühafizə gücləndirilib. Bu səbəbdən cəhd uğursuz olub.
Sinkəviçyus bazar ertəsi Milli Təhlükəsizlik Komissiyasının iclasını çağıracağını açıqlayıb.
15:18 18.10.2026
Oxunuş sayı: 58