Hərbi təlim zamanı partlayış baş verdi: Kanadada ölənlər var
Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt hərbi bazasında partlayış və güclü yanğın baş verib. Hadisə nəticəsində azı 7 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Global News” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə bazada döyüş atışları ilə müşayiət olunan təlimlər zamanı baş verib. İlkin ehtimala əsasən, qaz kəmərində və ya qaz quyusunda partlayış olub. Ardınca başlayan yanğın güclü külək səbəbindən geniş əraziyə yayılıb.
Hadisə yerində təcili tibbi yardım əməkdaşları yaralılara kömək göstərirlər. Kanada Silahlı Qüvvələrinin, Milli Müdafiə Nazirliyinin və federal hökumətin yaxın günlərdə insidentlə bağlı əlavə məlumat açıqlayacağı bildirilir.
Qeyd edək ki, Ueynrayt Kanadanın ən böyük təlim bazalarından biridir. Burada hərbçilərin hazırlanması, piyada bölmələrinin təlimi və hərbi hissələrin döyüş şəraitinə uyğun fəaliyyətə hazırlanması həyata keçirilir.
11:14 18.10.2026
Oxunuş sayı: 63