Bakıda və bölgələrdə hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında havanın 25 dərəcəyədək, Azərbaycanın rayonlarında isə 30 dərəcəyədək isti olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq.
Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə şimal və qərb rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 16-19, gündüz 25-30 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 18-23 dərəcə isti gözlənilir.
12:36 18.10.2026
Oxunuş sayı: 64