Messidən iki qol: “İnter Mayami” “Atlanta Yunayted”i məğlub etdi
“İnter Mayami” MLS-in müntəzəm çempionatında səfərdə “Atlanta Yunayted”ə 3:1 hesabı ilə qalib gəlib.
Crossmedia.az xəbər verir ki, “Sport-Ekspress” bu barədə məlumat yayıb.
Qarşılaşmada hesab birinci hissənin sonlarında meksikalı yarımmüdafiəçi German Berterame tərəfindən açılıb. Luis Suaresin ötürməsindən sonra fərqlənən futbolçu komandasını önə keçirib.
Matçın 56-cı dəqiqəsində Lionel Messi Berteramenin ötürməsini qola çevirib. Dörd dəqiqə sonra isə Suaresin məhsuldar ötürməsindən sonra daha bir qol vuraraq dubl edib.
Oyunun 89-cu dəqiqəsində Fafa Piko penaltini dəqiq yerinə yetirərək meydan sahiblərinin hesab arasındakı fərqi azaltmasına nail olub.
Luis Suares matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. “Atlanta Yunayted”in start heyətində yer alan rusiyalı yarımmüdafiəçi Aleksey Mirançuk isə qarşılaşmanın sonunadək meydanda olub.
11:56 18.10.2026
Oxunuş sayı: 64