Dünya qlobal müharibə təhlükəsi ilə üz-üzədir?
Dünyada silahlı münaqişələrin sayı İkinci Dünya müharibəsindən bəri ən yüksək həddə çatıb. Mövcud gərginliklər qlobal müharibə riskini artırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin şərhçisi Gideon Raxman məlumat yayıb.
Beynəlxalq Böhran Qrupunun məlumatlarına görə, hazırda dünyada 65 aktiv münaqişə ocağı mövcuddur.
Raxmanın fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi, ABŞ və İran arasında gərginliyin artması, Tayvan ətrafındakı vəziyyət, eləcə də Moskva, Pekin, Tehran və Pxenyan arasında yaxınlaşma lokal toqquşmaların genişmiqyaslı qlobal müharibəyə çevrilməsi riskini artırır.
Şərhçi qeyri-sabitliyin əsas səbəblərindən biri kimi beynəlxalq hüququn zəifləməsini və aparıcı dövlətlərin liderləri tərəfindən dəstəklənən təsir dairələri konsepsiyasına keçidi göstərir.
Bundan əlavə, ABŞ-ın müttəfiqlərini müdafiə etməyə hazır olub-olmaması ilə bağlı şübhələr də vəziyyəti daha qeyri-müəyyən edir. Raxmanın qənaətinə görə, bu amillər yeni hərbi təcavüzlərin baş verməsi riskini əhəmiyyətli dərəcədə artırır.
23:59 17.10.2026
Oxunuş sayı: 56