Qərbi Nil virusu yeni ərazilərə yayıla bilər: Quşların miqrasiyası da təsir göstərir
Bəzi bölgələrdə temperaturun yüksəlməsi Qərbi Nil virusunun yayılmasına və virusu daşıyan ağcaqanadların sayının artmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Venesiya Eksperimental Zooprofilaktika İnstitutunun tibbi entomologiya laboratoriyasının bioloqu Fabrizio Montarsi bildirib ki, virusun yayılması əsasən iqlim dəyişikliyi ilə əlaqəli müxtəlif amillərdən asılıdır.
Onun sözlərinə görə, temperaturun yüksəlməsi bir sıra ölkələrdə virusun əsas daşıyıcılarından olan Culex cinsinə aid ağcaqanadların sayının artmasına şərait yarada bilər. Bununla belə, bəzi ərazilərdə həddindən artıq isti hava və quraqlıq ağcaqanadların çoxalmasına mənfi təsir göstərərək virusun yayılmasını məhdudlaşdıra bilər.
Bioloq əlavə edib ki, iqlim dəyişikliyi quşların miqrasiya marşrutlarına da təsir edə bilər. Nəticədə virusa yoluxmuş quşlar xəstəliyin yeni ərazilərə yayılmasına səbəb ola bilərlər.
12:18 18.10.2026
Oxunuş sayı: 53