Səudiyyə Ərəbistanında kəşfiyyat helikopteri qəzaya uğrayıb
Səudiyyə Ərəbistanında AH-6i kəşfiyyat helikopterinin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü həlak olub.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub. Helikopter ölkənin cənubunda, Nəcran bölgəsində qəzaya uğrayıb.
Hadisənin Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin yurisdiksiyasında olan ərazidə baş verdiyi bildirilir.
Qəza ilə bağlı digər təfərrüatlar açıqlanmayıb. Yerdə xəsarət alanların olub-olmaması və infrastruktura mümkün ziyan barədə də məlumat yoxdur.
11:44 18.10.2026
Oxunuş sayı: 52