“Bavariya” “Leypsiq”i darmadağın etdi
"Bavariya" Almaniya çempionatının VI turunda doğma meydanda "Leypsiq"ə 6:1 hesabı ilə qalib gəlib.
Crossmedia.az xəbər verir ki, Münhen təmsilçisinin heyətində Luis Dias 12-ci, 47-ci və 69-cu dəqiqələrdə het-trik edib. Aleksandar Pavloviç 26-cı, Maykl Olise 34-cü, Harri Keyn isə 52-ci dəqiqədə fərqlənib.
Qonaqların yeganə qolunu 90+1-ci dəqiqədə Andriya Maksimoviç vurub.
Bu, "Leypsiq"in Almaniya çempionatında ən ağır məğlubiyyətlərindən biri olub. "Bavariya" 2025-ci ilin avqustunda da rəqibini doğma meydanda 6:0 hesabı ilə məğlub edib. "Leypsiq" tarixinin ən ağır məğlubiyyətini isə 2023-cü ilin martında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubuna 0:7 hesabı ilə uduzarkən alıb.
Bu qələbədən sonra "Bavariya" turnir cədvəlində Dortmund "Borussiya"sına çatıb. Hər iki komandanın aktivində 14 xal var. Dortmund klubu şənbə günü səfərdə "Union"la qolsuz heç-heçə edib. "Leypsiq" isə 9 xalla yeddinci pillədə qərarlaşıb.
Növbəti turda "Bavariya" oktyabrın 25-də səfərdə "Frayburq"la qarşılaşacaq. "Leypsiq" isə bir gün əvvəl "Elversberq"i qəbul edəcək.
22:59 17.10.2026
Oxunuş sayı: 82