Krozetto: Rusiya ABŞ və Çinlə rəqabətdə üçüncü güc olmaq istəyir
İtaliyanın müdafiə naziri Qvido Krozetto Rusiyanın ABŞ və Çin arasında gedən qlobal rəqabətdə üçüncü güc olmaq istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri açıqlama verib.
Krozettonun sözlərinə görə, Rusiya Sovet İttifaqının dağılmasından əvvəlki mövqeyini bərpa etməyə çalışır. O bildirib ki, Rusiya böyük dövlət olmasa da, bu vəziyyətlə və ABŞ, Çinlə eyni səviyyədə olmaması ilə barışmaq istəmir.
Nazir qeyd edib ki, hazırda qlobal rəqabət əsasən ABŞ və Çin arasında gedir, Rusiya isə bu rəqabətdə üçüncü ölkə kimi yer almağa çalışır.
15:44 18.10.2026
Oxunuş sayı: 60