Vens: Trampın korrupsiyada iştirakına dair sübut yoxdur
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın korrupsiyada iştirak etdiyini təsdiqləyən heç bir sübut görmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Vens Vaşinqtonda korrupsiyanın geniş yayıldığını qeyd etsə də, Trampın bu əməllərdə iştirak etdiyini və ya bundan şəxsi qazanc əldə etdiyini göstərən heç bir sübutla qarşılaşmadığını deyib. O, Trampın siyasətini və qərarlarını tənqid etməyin mümkün olduğunu da vurğulayıb.
15:27 18.10.2026
Oxunuş sayı: 69