İstanbulda terror əməliyyatı: DEAŞ şübhəlisi polisə atəş açdı
İstanbulun Sultanbəyli rayonunda terror aktı planlaşdırdığı ehtimal edilən DEAŞ bağlantılı 21 yaşlı şübhəli polisə atəş açdıqdan sonra zərərsizləşdirilib, hadisə zamanı bir vətəndaş yaralanıb.
Crossmedia.az xəbər verir ki, TRT Haber bu barədə məlumat yayıb.
Məlumata görə, Milli Kəşfiyyat Təşkilatı və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat bölmələrinin koordinasiyalı fəaliyyəti nəticəsində Berkan Ç.-nin tutulması üçün Sultanbəylidə əməliyyat keçirilib.
Əməliyyat zamanı şübhəli polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşlarının cavab atəşi nəticəsində Berkan Ç. zərərsizləşdirilib.
Hadisə zamanı bir vətəndaşın yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırma davam edir.
11:07 04.09.2026
Oxunuş sayı: 39