Göyçayda silsilə oğurluqlar edən qohumlar həbs olunub
Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər.
Crossmedia.az bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polisin keçiridiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunub.
16:32 23.10.2026
Oxunuş sayı: 61