Dörd rayonda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən Crossmedia.az -a verilən məlumata görə, araşdırma zamanı Qəbələ rayonunun Kiçik Əmili və Zalam kəndlərinin ərazisindən keçən su kanalının ətrafında, Şamaxının Mərzəndiyə, Xaçmazın Ağtala kəndləri ərazisində və Lerikin Bobla kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 40 min 529 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
18:22 23.10.2026
Oxunuş sayı: 54