Bu ölkədə 4 İslam təriqətinin fəaliyyəti dayandırıldı
Rusiyanın Sverdlovsk vilayətində radikal dini ideyaların təbliği ilə məşğul olduğu bildirilən dörd qeyri-rəsmi dini təşkilatın fəaliyyəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, gizli fəaliyyət göstərən qrupların təşkilatçıları təxminən 100 nəfərin iştirak etdiyi toplantılar keçirərək radikal dini ideologiyanı təbliğ ediblər.
Aparılan tədbirlər nəticəsində təşkilatların rəhbərləri 40 min rubladək cərimələniblər.
Məlumata görə, təşkilat rəhbərlərindən ikisi xarici ölkə vətəndaşı olub. Onlar Rusiyadan deportasiya edilərək ölkəyə girişlərinə 50 il müddətinə qadağa qoyulub.
Xatırladaq ki, bu ilin iyulunda Moskva və Sverdlovsk vilayətlərində yeniyetmələrin cinsi toxunulmazlığına qarşı cinayətlərlə bağlı ayrıca cinayət işləri başlanıb.
Rusiyanın Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın sözlərinə görə, həmin işlərdə “Qazlar imperiyası” adlı icmanın yaradıcılarının adı hallanır. O bildirib ki, şübhəli şəxslər yeniyetmələri təzyiq və şantaj yolu ilə intim məzmunlu videolar göndərməyə məcbur ediblər.
Mizulinanın açıqlamasına əsasən, 12 regiondan 24 nəfərin zərər çəkdiyi müəyyənləşdirilib. Həmin iş üzrə şübhəli şəxslərdən birinin axtarışa verildiyi bildirilir.
18:25 23.10.2026
Oxunuş sayı: 49