Zelenski Uitkoff və Kuşnerlə danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün noyabrın ilk yarısında keçirilməsinin planlaşdırıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlarından sonra açıqlama verib.
Ukrayna lideri ölkəsinin görüşə istənilən vaxt hazır olduğunu vurğulayıb.
“Biz istənilən gün, hətta sabah da görüşməyə hazırıq. Lakin hər şey ruslardan asılıdır”, – deyə Zelenski bildirib.
18:46 23.10.2026
Oxunuş sayı: 71