Rusiyanın Odessaya hücumunda SON VƏZİYYƏT
Rusiyanın sentyabrın 4-də səhər saatlarında Odessaya endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Crossmedia.az xəbər verir ki, Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bu barədə məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində şəhərin rayonlarından birində yaşayış binalarına və avtomobillərə ziyan dəyib.
Hadisə yerində fövqəladə hallar xidmətləri və digər aidiyyəti qurumlar işləyir. Əraziyə baxış keçirilir və hücumun nəticəsində dəymiş zərər sənədləşdirilir.
Zərərçəkənlərə yardım göstərilməsi üçün ərazidə operativ qərargah da yaradılır.
Qeyd edək ki, bundan bir gün əvvəl, sentyabrın 3-də də Rusiyanın Odessaya hücumu nəticəsində çoxmərtəbəli yaşayış binasına ziyan dəymiş, 17 nəfər, o cümlədən 3 uşaq yaralanmışdı.
10:10 04.09.2026
Oxunuş sayı: 44