Soçidə GECƏ HÜCUMU: HHM yaxınlığında yanğın
Soçi yaxınlığında Rusiya HHM mövqeyinə zərbə endirilib
Crossmedia.az xəbər verir ki, Ukrayna qüvvələrinin sentyabrın 4-nə keçən gecə Soçi yaxınlığında yerləşən Rusiya hava hücumundan müdafiə mövqeyinə zərbə endirdiyi bildirilir.
Məlumata görə, zərbədən sonra Sirius federal ərazisi yaxınlığında, Psou çayı ətrafında yanğın baş verib. Açıq mənbələrdə həmin ərazidə S-300 və ya S-400 zenit-raket kompleksləri ilə təchiz edilmiş Rusiya hava hücumundan müdafiə bölməsinin yerləşdiyi qeyd olunur.
Ukrayna mənbələri zərbənin hava hücumundan müdafiə bölməsinə endirildiyini bildirir. Bununla belə, S-400 sisteminin məhv edilməsi ilə bağlı məlumat hələlik müstəqil və rəsmi şəkildə təsdiqlənməyib.
Həmin gecə Soçidə neft bazasında da yanğın baş verdiyi barədə məlumat yayılıb. Rusiya yerli hakimiyyəti şəhər və Sirius ərazisində kütləvi dron hücumunun qarşısının alındığını bildirib.
11:38 04.09.2026
Oxunuş sayı: 36