Oman İranın Hörmüz təklifini rədd etdi
Oman İranın Hörmüz boğazından keçən gəmilərdən birgə rüsum tutulması təklifindən imtina edib.
Crossmedia.az xəbər verir ki, “New York Post” bu barədə regiondakı yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
Məlumata görə, Maskat ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayınmaq məqsədilə Hörmüz boğazında təhlükəsizlik və ətraf mühitin qorunması üçün könüllü ödənişlərin tətbiqi ideyasını da qəbul etməyib.
İranın təklifi Hörmüz boğazından keçən gəmilərdən təhlükəsizliklə bağlı ödənişlərin birgə toplanmasını nəzərdə tuturdu.
10:08 04.09.2026
Oxunuş sayı: 39