Cevdet Yılmaz Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib
Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Bu gün, Türk Dövlətləri Təşkilatının Hökumət Başçıları/Vitse-prezidentlərinin Bakıda keçirilən görüşü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşdüm. Cənab Əliyevlə görüşümüz zamanı ölkələrimiz arasında mövcud əməkdaşlığımızı və yeni əməkdaşlıq imkanlarını, eləcə də regional və qlobal inkişafları qiymətləndirdik. Prezidentlərimizin yüksək himayəsi, hörmətli Baş nazirlərimizin, nazirlərimizin, ağsaqqallarımızın və Katibliyimizin dəyərli işi sayəsində əhəmiyyətli uğurlar qazanan Təşkilatımızın Türk Dünyasındakı mərkəzi rolunun artan gücündən məmnunuq. Mütəmadi və tez-tez həyata keçirilən yüksək səviyyəli səfərlər və apardığımız intensiv təmaslar qardaşlığımızın nə qədər güclü və səmimi olduğunun ən bariz göstəricisidir. Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən görüşlərdə iştirakına verdiyi dəyərli dəstəyə görə cənab Əliyevə minnətdarlığımı bildirirəm. Bugünkü görüş, çoxtərəfli iqtisadi əməkdaşlığımızı inkişaf etdirməklə yanaşı, türk dövlətlərinin ortaq vizyonunu gücləndirmək üçün də vacib bir fürsət olduğunu düşünürəm və cənab İlham Əliyevə səmimi qonaqpərvərliyinə görə təşəkkür edir və qardaş Azərbaycan xalqına salamlarımı çatdırıram", - C.Yılmaz bildirib.
Qeyd edək ki, C.Yılmaz Türk DövlətlərTəşkilatının hökumət başçılarının görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.
14:37 02.04.2026
Oxunuş sayı: 55