Rusiya Azərbaycana təşəkkür edib
Rusiya İran üçün humanitar yardımın çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.
Crossmedia.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Zaxarova xatırladıb ki, ikinci böyük dərman partiyası martın 27-də İran-Azərbaycan sərhədi, Astarada təhvil verilib və oradan dəmir yolu ilə 300 tondan çox dərman çatdırılıb. Eyni gün yük maşınları karvanı Dağıstan Respublikası tərəfindən toplanan təxminən 150 ton humanitar yardımı Astaraya çatdırıb.
Sözçü vurğulayıb:
“Biz Azərbaycan hakimiyyətinə göstərdikləri köməyə görə minnətdarıq”.
16:23 01.04.2026
Oxunuş sayı: 747