Ermənistan istənilən vaxt sülh müqaviləsi imzalamağa hazırdır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, hazırda Azərbaycanla sülh müqaviləsi ilə bağlı yeni məlumat yoxdur, lakin Yerevanın mövqeyi dəyişməz olaraq qalır və ölkə istənilən vaxt müqaviləni imzalamağa hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mirzoyan TRIPP layihəsinə münasibət bildirərək qeyd edib ki, tərəflər sənədlərin əlaqələndirilməsi mərhələsindədir və növbəti addım müvafiq müqavilənin imzalanması olmalıdır.
O, həmçinin danışıqların planlaşdırıldığı kimi davam etdiyini vurğulayıb: tərəflər yeni materiallar mübadiləsi aparır və yekun sənədin hökumətlərarası müqavilə kimi rəsmiləşdirilməsi gözlənilir.
17:28 29.03.2026
Oxunuş sayı: 50