Azərbaycan ordusu Ermənistan əraxisinə daxil olub?
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunu ölkənin şərqindəki Geğarkunik bölgəsinə daxil olması ilə bağlı yayılan iddialara cavab verib.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisində yeni post qurması məsələsinə münasibət bildirən Nazirlik "Google Earth" peyk xəritələrinin dövlət sərhədlərinin müəyyən edilməsi üçün hüquqi əsas ola bilməyəcəyini vurğulayıb.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan videoaçıqlama verərək müxalifətin iddia etdiyi hərbi mövqenin mövcudluğunu faktiki təsdiqləyib.
Lakin Torosyan bildirib ki, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1975-ci il xəritələrinə əsasən, həmin mövqe Ermənistan ərazisində yerləşmir.
Nazirlik əlavə edib ki, videodakı mavi nöqtəli xətt Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini göstərir, lakin bu mövqe Azərbaycanın ərazisindədir və Ermənistanın rəsmi dövlət sərhədini keçməyib.
23:13 10.03.2026
Oxunuş sayı: 60