Şimali Kipr Naxçıvana dron hücumunu qətiyyətlə pisləyir
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasına dron hücumunu qətiyyətlə pisləyib.
Crossmedia.az xəbər verir ki, ŞKTC Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır: “İranın gərginliyə qarışmayan ətrafındakı ölkələrə hücumları qəbuledilməzdir”.
Bəyanatda qeyd edilir: “Biz regionda gərginliyi daha da artıra biləcək addımların qəbuledilməzliyini vurğulayırıq.
ŞKTC dost və qardaş Azərbaycanı dəstəkləməyə davam edəcək”.
15:35 06.03.2026
Oxunuş sayı: 397