İrandakı indoneziyalıların ilk qrupu Azərbaycan üzərindən təxliyə olunacaq
İndoneziya bu gün öz vətəndaşlarını İrandan təxliyə etməyə başlayacaq.
Crossmedia.az "Al Jazeera"ya istinadən verdiyi xəbərə görə, bunu İndoneziya Xarici İşlər Nazirliyinin nümayəndəsi Heni Hamida jurnalistlərə açıqlamasında deyib.
"Təxliyə prosesi bu gün tədricən başlayacaq və birinci mərhələ Azərbaycan ərazisindən həyata keçiriləcək", - o bildirib.
Nümayəndənin sözlərinə görə, 32 indoneziyalıdan ibarət ilk qrupun bazar ertəsi və ya çərşənbə axşamı Cakartaya çatması gözlənilir.
Ümumilikdə İranda 329 indoneziyalı var, onların əksəriyyəti Qum şəhərində təhsil alan tələbələrdir.
XİN-in məlumatına görə, Yaxın Şərq ölkələrində olan indoneziyalıların sayı təxminən yarım milyon nəfərdir, lakin İndoneziya hökuməti hazırda regionun digər ölkələrindən təxliyəsini nəzərdən keçirmir.
12:50 06.03.2026
Oxunuş sayı: 454