Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır
Ermənistan və Azərbaycan arasında sülh, şübhəsiz ki, Cənubi Qafqaz regionunda mühiti yaxşılaşdırır.
Crossmedia.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında bildirib. Baş nazir Gürcüstanın bu prosesə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
“Gürcüstanın dəstəyi regionda üçtərəfli iqtisadi əməkdaşlığı gücləndirir”, - deyə Paşinyan qeyd edib.
13:31 04.03.2026
Oxunuş sayı: 451