Misir Somalidə hərbi rolunu genişləndirərək Əl-Şəbaba qarşı əks-terror əməliyyatlarını dəstəkləmək üçün ölkəyə helikopterlər və yüngül hücum təyyarələri yerləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Məlumata görə, Misirin aktivlərinə Mi-24 hücum helikopterləri, Mi-17 nəqliyyat helikopterləri və AT-802 yüngül hücum/ISR təyyarələri daxildir. Bu addım Somalidə təhlükəsizlik qüvvələrinin əməliyyat potensialını artırmaq məqsədi daşıyır.