ABŞ-nin ən gənc vitse-prezidenti olan VENS kimdir? - DOSYE
Ceyms Devid Vens 1984-cü ildə Ohayo ştatının Midltaun şəhərində dünyaya gəlib. Onun uşaqlığı çətinliklərlə dolu keçib.
Doğulanda Ceyms Donald Bouman adı verilsədə, sonradan ailəsi onun adını dəyişərək, Ceyms Devid Vens qoyub. Bu, onun mürəkkəb ailə tarixini və şəxsiyyətinin çevikliyini göstərir.
Hətta Vensin fikrincə, respublikaçıların iqtisadi siyasətində qlobal elita və transmilli koorporasiyaların deyil, Amerika işçilərinin maraqları bundan sonra da ön planda olacaq. Senator Vens Donald Trampın “Amerikanı yenidən möhtəşəm et” hərəkatını amerikalı işçilərin maraqlarını müdafiə etmək kimi təsvir edərkən, özünün imkansız kənd ailəsindən olan sadə mənşəyini dəfələrlə qeyd edib.
Gənc yaşda Vens ABŞ Dəniz Piyadaları Korpusuna qoşulub və İraq müharibəsində ictimaiyyətlə əlaqələr üzrə zabit kimi xidmət edib. Daha sonra Ohayo Universitetində siyasi elmlər və fəlsəfə ixtisasını bitirib, 2013-cü ildə isə Yel Hüquq Məktəbini tamamlayıb. Vensin siyasi baxışları zamanla dəyişib: əvvəllər Donald Trampı sərt şəkildə tənqid etsə də, sonradan onun sadiq tərəfdarına çevrilib. O, həmçinin “Hillbilly Elegy” adlı memuarın müəllifidir; kitab böyük populyarlıq qazanıb və 2020-ci ildə ekranlaşdırılıb.
2022-ci ildə Ohayodan senator seçilən Vens, 2025-ci ilin yanvarında ABŞ-nin ən gənc seçilmiş vitse-prezidenti olub. Şəxsi həyatında isə 2014-cü ildə hindistanlı Uşa Vens ilə ailə qurub və onların üç övladı var.
Ceyms Devid Vensin həyatı sadə kənd uşağından ABŞ vitse-prezidentinə qədər olan hekayəni göstərir – çətinlikləri dəf etməyi, siyasətdə və karyerada uğur qazanmağı nümayiş etdirən bir nümunədir..
Fatimə Məmmədova
13:22 11.02.2026
Oxunuş sayı: 827