Cəlalzadə: İrana hücum edilərsə, müharibə sərhədləri aşacaq
İrana qarşı mümkün hücum halında müharibə milli sərhədlərlə məhdudlaşmayacaq.
Crossmedia.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Vəhid Cəlalzadə Azərbaycana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, regiondakı bəzi ölkələr bu təhlükəni anlayır və ABŞ rəhbərliyini mümkün eskalasiya barədə xəbərdar ediblər. Cəlalzadə qeyd edib ki, məhz bu amil müharibənin başlama riskinin azalmasına kömək edir.
09:14 24.01.2026
Oxunuş sayı: 540