Macarıstan–Ukrayna xəttində gərginlik artır: Hər kəs layiq olduğunu alacaq
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına səsləndirilən “Avropa maraqlarını satmağa çalışdığına görə cəzalandırılmalıdır” fikirlərinə cavab olaraq sərt açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Orban sosial şəbəkədə paylaşdığı emosional tvitdə “hər kəs layiq olduğunu alacaq” ifadəsini işlədib.
Onun bu paylaşımı Avropa siyasi dairələrində geniş müzakirələrə səbəb olub.
Bu da Budapeşt–Kiyev xəttində gərginliyin daha da artdığını göstərir. Rəsmi Kiyev isə Orbаnın açıqlamasına hələlik münasibət bildirməyib.
00:40 23.01.2026
Oxunuş sayı: 1426