Putin və Pezeşkian Rusiya-İran əməkdaşlığını müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian ikitərəfli görüşdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin rəsmi saytı məlumat yayıb.
Putin Rusiya ilə İran arasında münasibətlərin ardıcıl şəkildə möhkəmləndiyini bildirib. Rusiya lideri xüsusilə humanitar və mədəni sahələrdə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və bu istiqamətdəki dialoqu nümunəvi adlandırıb.
Onun sözlərinə görə, iki ölkənin ərazisində mütəmadi olaraq birgə tədbirlərin keçirilməsi humanitar əməkdaşlığın inkişafı və ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi üçün yaxşı nümunədir.
Görüşdə iqtisadi məsələlərə də xüsusi diqqət ayrılıb. Putinin sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, Rusiya ilə İran arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirərək 21 faizdən çox artıb.
23:42 08.10.2026
Oxunuş sayı: 58