European Aquatics Konqresinin ilk tədbirləri Bakıda keçirilib
Bakıda “European Aquatics”in (Avropa Su İdmanı Federasiyası) Konqresi çərçivəsində ilk iki tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Əvvəlcə “European Aquatics” Bürosunun toplantısı baş tutub. Daha sonra milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub.
Sessiyada üzgüçülük və digər su idmanı növlərinin inkişafı, milli federasiyaların fəaliyyəti, müxtəlif layihələrin həyata keçirilməsi, innovasiyalar və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
İştirakçılar yeni ideyalarla yanaşı, müxtəlif ölkələrin su idmanı sahəsində tətbiq etdiyi uğurlu yanaşmalarla da tanış olublar.
Qeyd edək ki, Dünya Su İdmanı (WA) Dünya Kubokunun ardınca Azərbaycan Üzgüçülük Federasiyası və “European Aquatics”in təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda Avropa su idmanı ailəsi üçün mühüm tədbir keçirilir.
2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda belə mötəbər tədbirin təşkili Azərbaycanın beynəlxalq idman mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
23:07 08.10.2026
Oxunuş sayı: 62