NASA tarixində ilk tibbi təxliyə missiyası başa çatdı
ABŞ, Fransa və Rusiya vətəndaşı olan 4 astronavt Beynəlxalq Kosmik Stansiyadan (ISS) ayrılaraq “SpaceX” kapsulu ilə Sakit okeana uğurlu eniş edib.
Crossmedia.az xəbər verir ki, Yerə qayıdan astronavtlar arasında ABŞ-dən Cessika Meir və Cek Hathaway, Fransadan Sofi Adeno, Rusiyadan isə Andrey Fedyaev yer alıb.
Astronavtlar Los-Anceles sahilləri yaxınlığında Sakit okeana eniş edərək səkkiz aylıq missiyanı başa vurublar.
Onlar səhhətində problem yaranan NASA astronavtı Mayk Finkeni və onun komandasını əvəzləmək üçün səkkiz ay əvvəl Beynəlxalq Kosmik Stansiyaya göndərilmişdi. Bu missiya NASA-nın 65 illik insanlı kosmik uçuşları tarixində ilk tibbi təxliyə əməliyyatı olub.
Hazırda kosmik stansiyada ABŞ, Rusiya və Kanadanı təmsil edən 7 astronavt fəaliyyətini davam etdirir.
NASA-nın məlumatına görə, 2000-ci ildə fəaliyyətə başladığı vaxtdan Beynəlxalq Kosmik Stansiya 26 ölkədən 298 ziyarətçini qəbul edib.
22:47 08.10.2026
Oxunuş sayı: 204