Günəşdə güclü partlayış qeydə alındı: Yerə təsir edə bilər
Günəşdə yayın sonundan bəri qeydə alınan ən güclü alışma baş verib və alimlər bunun Yerə təsir göstərə biləcəyini bildiriblər.
Crossmedia.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) alimləri bu barədə məlumat yayıb.
Alimlərin sözlərinə görə, partlayış Günəş diskinin mərkəzinə kifayət qədər yaxın ərazidə baş verib. Bu səbəbdən hadisənin Yerə təsir ehtimalı nəzərdən keçirilir.
Bununla belə, hazırda Yer istiqamətində partlayış dalğalarının və Günəş maddəsinin hərəkətinin müşahidə olunmadığı bildirilib.
Alimlər qeyd ediblər ki, hadisənin Yerə mümkün təsiri ilə bağlı dəqiq hesablamalar daha sonra aparıla biləcək.
22:09 08.10.2026
Oxunuş sayı: 57