Sibirdəki vəba ilə bağlı Rusiyaya təzyiq artır
Avropa Komissiyası bir həftə ərzində üçüncü dəfə Rusiyadan Sibirdə vəba ilə bağlı baş verən hadisə barədə məlumat verməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Eva Qrnçirjova bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Avropa İttifaqının hazırda epidemioloji vəziyyəti, digər ölkələr üçün yarana biləcək riskləri və mümkün tədbirləri qiymətləndirmək üçün kifayət qədər məlumatı yoxdur.
Qrnçirjova bildirib ki, Avropa Komissiyası Rusiya tərəfinə birbaşa müraciət edib, lakin hələlik cavab almayıb. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də Rusiyadan məsələyə aydınlıq gətirməyə çalışdıqlarını bildiriblər.
“Bütün dünya Rusiyadan məlumat gözləyir”, - deyə Qrnçirjova qeyd edib.
20:02 08.10.2026
Oxunuş sayı: 57