Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı
Avropa İttifaqı Rusiyanın xaricdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətləri ilə əlaqələndirdiyi 100 fiziki və hüquqi şəxsə qarşı fərdi sanksiyaların müddətini uzadıb.
Crossmedia.az xəbər verir ki, Avropa İttifaqı Şurası bu barədə məlumat yayıb.
Qərara əsasən, sanksiyalar 9 oktyabr 2027-ci ilədək qüvvədə qalacaq. Siyahıda 80 fiziki və 20 hüquqi şəxs yer alır.
Sanksiyalar çərçivəsində onların aktivlərinin dondurulması, vəsait və iqtisadi resursların təqdim edilməsinə qadağa nəzərdə tutulur. Fiziki şəxslər üçün isə əlavə olaraq Aİ ölkələrinə giriş və tranzit qadağası tətbiq edilir.
Müvafiq sanksiya rejimi 2024-cü ilin oktyabrından qüvvədədir və Aİ-nin informasiya manipulyasiyası və xarici müdaxilə kimi qiymətləndirdiyi fəaliyyətləri də əhatə edir.
19:42 08.10.2026
Oxunuş sayı: 54