Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını daha 26 mövqe ilə genişləndirib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniya hökuməti bu barədə məlumat yayıb.
Yeni məhdudiyyətlər çərçivəsində 12 gəmi, həmçinin “Zarubejneft” və “İNK-Kapital” şirkətləri sanksiyalara məruz qalıb.
Bundan başqa, Rusiya əleyhinə tətbiq olunan məhdudiyyətlər çərçivəsində Qırğızıstan və Niderlanddan olan iş adamlarına qarşı da sanksiyalar tətbiq edilib.
Sanksiya siyahısına “Stolichnıy Kredit” bankı da daxil edilib.
19:22 08.10.2026
Oxunuş sayı: 48