Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.
Bu barədə Crossmedia.az-a DSK-dan bildirilib. Məlumata görə, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.
Qeyd edək ki, Səbuhi Əliyev 14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. Avqustun 24-də DSK-nın aparat rəhbəri təyin edilmişdi.
Paralel olaraq Yusif Yusifov DSK-nın sədr müavini vəzifəsindən azad edilib.

15:30 08.10.2026
Oxunuş sayı: 193