Zahedanda hərbi avtomobilə silahlı hücum olub – ölən var
İranın Zahedan şəhərində hərbi nəqliyyat vasitəsinə silahlı hücum edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Halvəş” Teleqram kanalının məlumatına görə, hadisə şəhərin Nüsrətabad bölgəsində baş verib.
Məlumata əsasən, silahlı şəxslər xüsusi əməliyyat bölməsinə məxsus hərbi nəqliyyat vasitəsini hədəfə alaraq dayandırıblar. Hücum nəticəsində hərbçilər arasında itkilərin olduğu bildirilir.
İran mediasının yaydığı ilkin məlumata görə, hadisə nəticəsində azı bir hərbi qulluqçu həlak olub.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.
14:26 08.10.2026
Oxunuş sayı: 53