Yeddimərtəbəli bina bir anda çökdü: dağıntılar altında insanlar axtarılır
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb.
Crossmedia.az xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında insanların qaldığı bildirilir və hazırda onların tapılması üçün axtarış-xilasetmə işləri aparılır.
Hadisə nəticəsində ölənlərin olub-olmadığı barədə hələlik məlumat verilməyib.
09:33 08.10.2026
Oxunuş sayı: 58