Ukrayna Avropa İttifaqına tam üzvlükdə israr edir
Ukrayna Avropa İttifaqına (Aİ) yalnız tamhüquqlu üzv kimi qoşulmaq istəyir və alternativ inteqrasiya modellərini qəbul etmir.
Crossmedia.az xəbər verir ki, “İzvestiya” nəşri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixinin açıqlamasına istinadən məlumat yayıb.
Tixi bildirib ki, Kiyev Aİ-yə tamhüquqlu üzvlüyü əvəz edə biləcək heç bir variantla razılaşmayacaq. Onun sözlərinə görə, Ukraynaya üzvlüyün müxtəlif hibrid formalarını və ya qismən üzvlük təklif etmək lazım deyil.
Diplomat Ukraynanın Avropa İttifaqına üzvlük hüququ uğrunda “çox böyük bədəl ödədiyini” vurğulayıb.
Bundan əvvəl Ukrayna mediası ölkənin Avropa İttifaqına xüsusi inteqrasiya şərtləri ilə bağlı danışıqlara başladığını yazıb. Məlumata görə, təklif olunan sənəddə Ukraynanın kənd təsərrüfatı sahəsində bloka inteqrasiyası üçün xüsusi mexanizmin nəzərdə tutulması təklif edilir.
Ukraynanın kənd təsərrüfatı nazirinin müavini Taras Vısotski isə daha əvvəl ölkəsinin Aİ-yə yalnız taxılın tam həcmdə ixracına imkan yaradılacağı təqdirdə qoşulmağa razı olduğunu bildirib.
23:50 07.10.2026
Oxunuş sayı: 75