İnfarkt riskini artıran gizli göstərici: Kardioloq xəbərdarlıq etdi
Kardioloq erkən infarkt riskini qiymətləndirmək üçün qanda lipoprotein(a) səviyyəsinin yoxlanılmasını tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, kardioloq Darya Velyamidova bu barədə “Telegram” kanalında məlumat yayıb.
Həkimin sözlərinə görə, adi xolesterin analizi lipoprotein(a) səviyyəsinin yüksək olduğunu hər zaman göstərməyə bilər. Bu göstərici əsasən genetik amillərlə müəyyənləşir və insanların əksəriyyətində həyat boyu nisbətən sabit qalır.
Velyamidova bildirib ki, bu səbəbdən düzgün qidalanan, mütəmadi idman edən və siqaret çəkməyən şəxsdə də lipoprotein(a) səviyyəsi yüksək ola bilər.
Kardioloq xüsusilə ailədə erkən yaşda infarkt və ya insult halları, ailəvi hiperkolesterinemiya olduğu zaman, həmçinin yaxın qohumda lipoprotein(a) səviyyəsinin yüksək olduğu məlum olduqda bu göstəricinin yoxlanılmasının faydalı olduğunu qeyd edib.
Həkim eyni zamanda bildirib ki, lipoprotein(a) analizini hər altı aydan bir təkrarlamağa ehtiyac yoxdur.
22:46 07.10.2026
Oxunuş sayı: 55