Slovakiya Baş naziri Avropanın neft vəziyyətindən danışdı
Fiko Avropada qış öncəsi neftlə bağlı vəziyyəti qiymətləndirdi: “Hyuston, problemimiz var”
Slovakiyanın Baş naziri Robert Fiko Avropada neft bazarında vəziyyətin payız və qış aylarında çətin olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Slovakiya hökumətinin başçısı bu barədə videokonfrans formatında keçirilən sammitdən sonra danışıb.
“‘Apollon-13’ filminə baxan hər kəs məşhur ‘Hyuston, problemimiz var’ ifadəsini bilir. Dünən iştirak etdiyim videokonfrans formatındakı sammit göstərdi ki, payız və qış çox-çox çətin olacaq”, - Fiko deyib.
21:19 07.10.2026
Oxunuş sayı: 50