TOK VURDU, HƏYATINI İTİRDİ: İşıq idarəsində faciə
Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Crossmedia.az məlumat verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.
Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır.(APA)
12:29 11.09.2026
Oxunuş sayı: 57