İsrailin Qəzzaya hücumları davam edir: 4 yaşlı uşaq öldü
Atəşkəsə baxmayaraq İsrail ordusunun Qəzza zolağına hava hücumlarını davam etdirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun Qəzzanın mərkəzində yerləşən Zuvayda qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində bir neçə ev və məcburi köçkün fələstinlilərin sığındığı çadır dağılıb.
Hücumlar nəticəsində 4 yaşlı Abdussalam Həsən Taha həyatını itirib, daha 5 nəfər yaralanıb.
Həmçinin Qəzzanın cənubundakı Xan Yunis şəhərinə endirilən zərbələr nəticəsində daha bir neçə nəfərin yaralandığı bildirilib.
13:27 24.08.2026
Oxunuş sayı: 72